TV xidmətləri

250dən artıq kanallarla sizin xidmətinizdəyik!

İnternet + TV tariflərimiz

Komfort +

70 mb/s
  • 250dən artıq TV kanalları
  • HD görüntülü kanallar
  • Giga Port
  • Dəstək xidməti 24/7
32 / aylıq

Maxi +

100 mb/s
  • 250dən artıq TV kanalları
  • HD görüntülü kanallar
  • Giga Port
  • Dəstək xidməti 24/7
37 / aylıq

*Tək TV xidməti - 10₼. Ətraflı məlumat üçün 921 nömrəsi ilə əlaqə saxlayın!

**Əlavə televizorlara qoşulma pulsuzdur.

IPTV nədir?

IPTV Texnologiyası

IPTV Texnologiyası (ing. Internet Protocol Television) (IP TV, IP-televiziya) — IP protokolu üzrə məlumatların ötürülməsi şəbəkələrində rəqəmli interaktiv televiziya, televiziyanın yeni nəslidir.

IPTV yalnız İnternet üzərindən televiziya yayımı ilə məhdudlaşmır. IPTV, abunəçi telekommunikasiya şəbəkələrində yüksək səviyyəli giriş kanalları ilə son istifadəçini (müştəri) avadanlıqlar (Set Top Box) vasitəsilə birləşdirir. IPTV həm də korporativ və fərdi şəbəkələr üzərində media təmin etmək üçün istifadə olunur.

IPTV kompleksinin quruluşu adətən aşağıdakı tərkib hissədən ibarətdir:

Kompleksin və xidmətlərin idarəolunması subsistemi, digər adı “Aralıq proqram təminatı”
Məzmunun qəbulu və işlənilməsi subsistemi
Məzmunun müdafiəsi subsistemi
Video serverlərin subsistemi
Axın keyfiyyətinin və müştəri avadanlığının monitorinqi subsistemi.

Məzmunun müştəri avadanlığına çatdırılması Operatorun IP şəbəkəsi üzərindən həyata keçirilir

IPTV-nin əsas keyfiyyəti videoxidmətlərin interaktivliyi və əlavə xidmətlərin (Video on Demand (VoD), TVoIP, Time Shifted TV, Network Personal Video Recorder, Electronic Program Guide, Near Video on Demand) mövcud olmasıdır.

IP protokolunun imkanları nəinki videoxidmətlərin, hətta daha çox xidmətlər paketinin, o cümlədən interaktiv və integrasiya olunmuş xidmətlərin görülməsinə imkan yaradır.

Əsas xidmətlə yanaşı IPTV əsas xidmətlər paketinə əlavə servisləri (Video Telephony, Voting, Information Portals, Web, Games, MOD KOD) daxil etmək imkanını yaradır. Bu imkanı, qurtaracaq qurğuların unifikasiyası və standartlaşdırılması, səsin, video və məlumatın IP protokolu əsasında inteqrasiyası və xidmətlərin vahid texnoloji platforma üzərində görülməsi yaradır.

IPTV Texnologiyasının tətbiqinin üstünlükləri və İnternet üzərindən rəqəmli İP televiziya xidmətinə tələbatın olmasını nəzərə alaraq Eurosel MMC 2015-ci il dekabr ayında “Teleradio yayımı üçün Lisenziya” almış və müştərilərinə IPTV xidməti göstərməyə başlamışdır.