fiber optikanı
Eurosel-lə kəşf et!

Fiber Optik Tariflər

Komfort

70 mb/s
  • TV qoşulma imkanı
  • Giga Port
  • Dəstək xidməti 24/7
25 / aylıq

Maxi

100 mb/s
  • TV qoşulma imkanı
  • Giga Port
  • Dəstək xidməti 24/7
30 / aylıq

Ətraflı məlumat üçün 921 nömrəsi ilə əlaqə saxlayın!

Fiber Optik internet nədir?

Fiber-optik (optik lifli) qoşulma – FTTx

FTTx müasir dövrdə qabaqcıl, keyfiyyətli və güvənli texnologiyalardan biridir. FTTx evə və ya ofisə qədər optik lif çəkilməklə genişzolaqlı İnternet Şəbəkəsinə güvənli və keyfiyyətli qoşulmanı təmin edir. Eurosel MMC 2012-ci ilin avqust ayında FTTx xidməti üçün avadanlıq almış və 2013-cü ilin oktyabr ayından etibarən FTTx xidmətini göstərməyə başlamışdır.

FTTx (fiber-optik) nədir?

Fiber-optik – insanın saç teli qalınlığında olan, çox həssas, saf bir şüşə və ya plastik nüvədən hazırlanmış lif üzərindən işığın çatdırılması prinsipilə çalışan bir sistemdir. Fiber-optik kabellər məlumatların ötürülməsini işıq sürətilə, yani 300m.km/san sürətlə gerçəkləşdirir. Bu sistemə nəm, rütubət, elektrik sahədə parazitlərinin sıx olduğu yerlər kimi ekoloji şərtlər təsir etmir və o hər zaman stabil bir bağlantı təmin edir.

FTTx (fiber-optik) sisteminin tarixi.

Məlumatların böyük məsafəyə ötürülməsinin tarixi teleqraf və koaksial kabeldən başlayır. Bu sistemlərdə mövcud olan fundamental məhdudiyyətlərə görə (müəyyən məsafədə elektik siqnalının sönməsi, daşıyıcı tezlik problemi), onların təkmilləşdirilməsi tələb olunurdu. Ona görə də, yeni sistemlərin kəşfi davam edirdi. XX əsrin ikinci yarısında bunun həlli tapıldı və məlum oldu ki, siqnalın işıq vasitəsilə ötürülməsi elektrik və mikrodalğalı şüa siqnallarından daha effektivdir.

1975-1980 illər əzrində aparılan intensiv tədqiqatlar zamanı dalğasının uzunluğu 0,8mkm olan işıqla əməliyyat apararaq ilk kommersiya fiber-optik sistemi yaradılmışdır. Yeni nəsil sistemlərinin bitreyti 45Mb/san, təkraredicilərin arasında məsafə isə – 10km təşkil edirdi.

22 aprel 1977-ci ildə Kaliforniya ştatının Lonq-Biç şəhərində General Telephone and Electronics şirkəti ilk dəfə olaraq telefon trafikininin ötürülməsi üçün optik kanaldan istifadə etmişdir.

İkinci nəsil fiber-optik sistemləri 1980-ci illərin əvvəlində kommersiya istifadəsi üçün tədqiq olunmuşdur. Bu sistemlər dalğasının uzunluğu 1.3mkm olan InGaAsP-lazerlərin işığı ilə əməliyyat edirdilər.

Təəssüf ki, belə sistemlər, onların kanalında əmələ gələn dağılmaya görə, mükəmməl deyildilər. Lakin, artıq 1987 ildə bu sistemlər təkraredicilərin arasında 50 km məsafədə 1.7 Gbit/san sürətilə işləyirdilər.

2003-cü ildə spektral sıxlaşma texnologiyasının istifadəsilə 10.92 Tbit/san sürət əldə edilmişdir (273 optik kanal üzrə 40Gbit/san). 2009-cu ildə 155 kanal üzrə 100Gbit/san multisıxlaşdırma vasitəsilə 7000km məsafəyə 15.5 Tbit sürətlə məlumat göndərilməsi həyata keçirilib.

FTTx (fiber-optik) sisteminin üstünlükləri:

  • heç bir telefon qovşağına ehtiyac olmaması;
  • genişzolaqlı fiber-optik xətlərlə, mis və ya hər hansı digər ötürülmə şəbəkələrindən fərqli olaraq, saniyədə bir neçə TeraBits (T/bits) məlumatın ötürülməsi imkanı;
  • şəbəkənin axşamlar və ya istirahət günləri həddindən artıq yükləndiyi zaman məlumatların çox yüksək sürətli problemsiz çatdırılması;
  • məlumatların ötürülmə sürətinin hava şəraiti, ərazi və ya ətraf mühit kimi amillərdən asılı olmaması
  • müasir texnologiyaların təkmilləşdirilməsi sayəsində uzun istismar müddəti.