IP ünvan (ing. Internet Protocol Address ) internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanıdır. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur.

İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər tərəfindən istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi" (DNS) təklif edilmişdir.

İnternetə daxil olan istifadəçilərin IP ünvanları çox vaxt dinamikdir, yəni servis provayderdə həmin anda boş olan bir IP ünvanı internetə daxil olan kompüterə verir və buna görə də hər dəfə internetə daxil olduqda IP ünvanların bir hissəsi dəyişir.

Statik IP ünvanları olan kompüterlərin IP ünvanları isə dəyişməz olaraq qalır. Server olan kompüterlər üçün statik IP tövsiyə edilir.