Əziz və hörmətli Eurosel müştəriləri,

Eurosel şirkətinin yeni saytı 17 aprel 2018-ci il tarixindən etibarən Sizin istifadənizə verilmişdir.

Yeni saytda sizin rahatlığınız və bizim xidmətlərimiz barədə məlumat almağınız üçün bütün imkanlar yaradılmışdır.

Belə ki, saytın Haqqımızda bölməsində Eurosel şirkəti və göstərdiyimiz xidmətlərin əhatə dairəsi, partnyorlar və tərəfdaşlarımız barədə məlumat ala bilərsiz.

Xidmətlər bölməsində Şirkətimizin Sizlərə göstərdiyi xidmətlər və onların yaranma tarixi barədə məlumat yerləşdirilmişdir.

Tariflər bölməsində isə göstərdiyimiz xidmətlərin tarifləri və qiymətlər qeyd olunub.

Kampaniyalar və Xəbərlər bölməsində hazırda hansı kampaniyanın aktiv olduğu və şirkətdəki yeniliklər barədə məlumat ala bilərsiz.

İnternet sürətin yoxlanılması, cihazların ayarlanması və parametrlər üçün Dəstək bölməsindən istifadə edə bilərsiz.

Şəxsi kabinet bölməsində balans, istifadə etdiyiniz xidmətlər, ödənişlər və internet istifadəsi barədə məlumat ala bilərsiniz.

Şirkətin əlaqə vasitələri və ünvanı, eləcə də harada yerləşməsini göstərən xəritə Əlaqə bölməsidə göstərilib.

Müraciətlərinizi, o cümlədən sual, təklif və şikayətlərinizi Dəstək bölməsində olan FAQ və Əlaqə bölməsidə olan e-mail ünvanı, əlaqə telefonları, həmçinin facebook səhifəmiz vasitəsilə bizə ünvanlaya bilərsiz.

Xidmətlərimizdən istifadə etdiyiniz üçün Sizə təşəkkür edirik!