Hörmətli müştərilərimiz,

ADSL, FTTH, IP TV və VoIP üzrə ödənişləri artıq E-pul.az və Expressbank terminalları vasitəsi ilə də etmək mümkündür.

Müxtəlif ictimai xidmət obyektlərində yerləşən Expressbank terminallarında Eurosel şirkətini seçərək «İnternet ödənişi» bölməsində telefon və ya müqavilə nömrəsini müvafiq xanaya daxil etməklə ödəniş edə bilərsiniz.