EuroSel MMC şirkəti 2009-cu il dekabr ayının 11-də təsis edilmişdir və hazırda sürətlə inkişaf edən rabitə şirkətlərindən biridir.

EuroSel MMC Bakı, Sumqayıt və Xırdalan ərazisində dövlət orqanlarına, müəssisə və təşkilatlara, hüquqi və fiziki şəxslərə, xarici hüquqi şəxslərin nümayəndəliklərinə fasiləsiz, yüksək keyfiyyətli telefon (ADSL), genişzolaqlı internet, və digər müasir telekommunikasiya xidmətləri göstərir.

Bundan başqa, abunəçinin telefon xətti ilə genişzolaqlı və yüksək sürətli ADSL internet xidmətindən istifadə etmək imkanları vardır. Bu xidmətdən istifadə edən hər bir abunəçi qlobal şəbəkəyə yüksəksürətli internet vasitəsilə qoşula bilər.

Dünya rabitə sahəsində mövcud olan innovasiyaları Respublikamızda həyata keçirən EuroSel MMC hazırda ən qabaqcıl telekommunikasiya xidməti olan fiber-optik texnologiya əsasında təqdim etdiyi yüksək keyfiyyətli rabitə xidmətlərinin əhatə dairəsini genişləndirməkdədir.

Hər zaman müştərilərinə səmərəli qiymət/keyfiyyət nisbətini təklif edən EuroSel MMC 24/7 xidməti ilə istifadəçilərininə tələb olunan texniki dəstəyi göstərməyə hazırdır.

EuroSel MMC Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Rapid Solutions, Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycan Respublikasındakı filialı, Praysvoterhauskupers Bi.Vi. şirkətinin Azərbaycan Respublikasındakı filialı, Ultra Technologies kimi nüfuzlu və tanınmış şirkət və təşkilatlarla əməkdaşlıq edir.

Şirkətin əsas missiyası bütün Respublika ərazisində geniş çeşiddə yüksək keyfiyyətli rabitə xidmətlərini təmin etməklə müştərilərin rabitə sahəsində olan hər ehtiyacını təmin etməkdir.