Speedtest.net Mini requires at least version 8 of Flash. Please update your client.

    1.Mən ADSL ilə qoşulmuşam, internetin sürəti zəifdir. Səbəb nədir?

    Buna səbəb ola bilən üç amil var, Sizdə onlardan biri və yaxud bir neçəsi aşkarlana bilər:

    ·Telefon xətti keyfiyyətsizdir. Bunu modemin “Status” səhifəsindən öyrənmək yaxudxəttinizin sürət imkanlarını aydınlaşdırmaq üçünMüştəri Xidmətimizə (921)müraciət etməkmümkündür.

    ·ADSL-splitter keyfiyyətsizdir. Adətən, splitter çox yüngül olduqda, bundan şübhələnmək olar. Keyfiyyətli splitterin bir qədər çəkisi olur.

    ·Kompüterinizə virus düşüb. Virus Sizin xəbəriniz olmadan internet xəttinizi istifadə edir, nəticədə sürətin zəif olması təəssüratı yaranır. Bunu aydınlaşdırmaq üçün kompüterinizi yoxlayın: http://www.eset.com/us/online-scanner-popup/

    2.Mən internetdə bəzi saytlara daxil ola bilirəm, bəzilərinə isə (məsələn, İnstagrama) yox. Səbəb nədir?

    Çox guman ki, modeminizə virus düşüb. Virus modemin parametrlərini dəyişir, xüsusi ilə də DNS-serverlərin ünvanını – nəticədə bəzi saytlar açılır, digərləri isə yox. Bunu yoxlamaq üçün:

    ·Smartfon və ya planşetinizə statik DNS-server ünvanlarını yazıb internetə daxil olmağa çalışın – əgər problem aradan qalxsa, səbəb modemə düşən virusdadır. Təxmini prosedur bu video-da göstərilib:https://www.youtube.com/watch?v=oOpZoy7okaQ, lakin daxil edilən rəqəmlər (İP/DNS ünvanları) video-da göstərilən kimi yox, Eurosel-in şəbəkəsinə uyğun olmalıdır. “Ümumi parametrlər” səhifəsinə baxıb və yaxud Müştəri Xidmətimizə(921)müraciət edib, dəqiq rəqəmləri əldə edə bilərsiniz.

    ·Kompüterinizə statik DNS-server ünvanlarını yazıb internetə daxil olmağa çalışın – əgər problem aradan qalxsa, səbəb modemə düşən virusdadır. Təxmini prosedur bu video-da göstərilib:https://www.youtube.com/watch?v=qFBADxo92bk, lakin daxil edilən rəqəmlər (İP/DNS ünvanları) video-da göstərilən kimi yox, Eurosel-in şəbəkəsinə uyğun olmalıdır.“Ümumi parametrlər” səhifəsinə baxıb və yaxud Müştəri Xidmətimizə (921) müraciət edib, dəqiq rəqəmləri əldə edə bilərsiniz.

    ·Modeminizə daxil olmağa çalışın. Mümkün olmasa, səbəb virusun modemə girişibloklamasındadır.

    3.Hansı model ADSL-modemləri məsləhət görürsüz?

    D-link, Zyxel, Linksys, Netis

    4.Siyahıda sadalanmayan modemlərin nə kimi problemləri ola bilər?

    Adı çəkilməyən modemlər İnternet şəbəkəsindən düşə biləcək viruslara qarşı müdafiəsizdir. Bu viruslar modemə düşərkən, aşağıdakı fəsadları törədə bilərlər:

    ·modemdə DNS-serverlərin ünvanlarının dəyişməsi: nəticədə bəzi saytlar açılır, bəziləri isə (Instagram, Facebook) açılmır;

    ·modemdə DHCP-server dayanır: nəticədə Wi-Fi ilə işləyən qurğular Internetə daxil ola bilmir, lakin LAN-da statik IP-ünvanı olan qurğular Internetə daxil ola bilir;

    ·modemdə LAN portlar bloklanır: nəticədə Wi-Fi ilə işləyən qurğular Internetə daxil ola bilir, lakin LAN kabel ilə modemə qoşulmuş qurğular Internetə daxil ola bilmir;

    ·modemə daxil olma imkanı bloklanır: nəticədə modemin parametrlərini dəyişmək üçün ancaq “Reset” (sıfırlama) funksiyasından istifadə etmək olur, bunu isə hər muştəri özü edə bilmir.

    5.Kompüter internetə qoşularkən öz-özünə mən istəmədiyim saytlar acılır. Nə edim?

    Çox böyük ehtimalla, kompüterinizə virus düşüb. Onu antivirus vasitəsi ilə təmizləmək əvəzinə, aşağıdakı addımları atın (antivirus virusu təmizləsə belə, onun zədələdiyi faylları bərpa etmir):

    ·lazım olan bütün fayllarınızı fleş-karta köçürün;

    ·kompüterinizi formatlayın;

    ·formatdan sonra ilk olaraq antivirus yazın, məsələn, buradan:http://www.avast.com

    ·antivirusu yazdıqdan sonra, fleş-kartınızı kompüterinizə daxil edib yoxlayın. Bir antivirus ilə yoxlamaqla kifayətlənməyin, çünki onun tapa bilmədiyi viruslar fleş-kartda hələ də qala bilər. Ən azından, fleş-kartınızı onlayn antivirus ilə də yoxlayın: http://www.eset.com/us/online-scanner-popup/

    ·yalnız bundan sonra fayllarınızı fleş-kartdan kompüterə köçürün;

    ·kompüterə digər lazım olan proqramları yazın;

    ·həftədə 1 dəfə kompüterinizi antiviruslarla yoxlayın.

    6.Virus mənim kompüterimə necə duşə bilər? Mən qeyri-adi heç nə etməmişəm.

    Çox vaxt viruslar adi proqram görüntüsü altında kompüterə düşür. Məsələn, Siz sayta daxil olarkən, aşağıdakı kimi bir xəbərdarlıq çıxır:

    “Kompüterinizə virus düşüb! Təmizləmək üçün bu proqramı yükləyin!”

    “Kompüterinizin sürəti aşağıdır? Bu proqramı yükləyin!”

    “Sizin Flash player köhnəlib. Təzələmək üçün "OK" düyməsini basın!”

    Bu cür təkliflərə cavab olaraq “OK” düyməsini basarkən, kompüterə virus düşür.

    7.Ödənişli antivirusların hansını məsləhət görürsünüz?

    ESET NOD32, DrWeb

    8.Mən evdə olmadığım müddət ərzinə internet xidmətinin istifadəsini müvəqqəti dayandıra bilərəm?

    Müştəri Xidmətimizə (921) müraciət edibvə yaxud"şəxsi kabinetinizə" daxil olmaqla internet xidmətini müvəqqəti dayandıra bilərsiniz.

DNS serverlər: 46.32.160.1 (nc1.eurosel.az)

46.32.161.1 (nc2.eurosel.az)

ADSL modemlərin sazlanması:

Bağlantı növü: PPPoE / PPPoA

İstifadəçi adı: [telefon nömrəsi]

Parol: [bizdən öyrənin (921 zəng)]

VPI: 0, VCI: 35

DSL növü: PPPoE LLC