ADSL 8 Mb/s

  • Sərbəst telefon xətti və yüksək əlaqə keyfiyyəti.
  • Limitsiz internet.
  • Pulsuz qoşulma. Qoşulma müddəti 3-7 iş günü təşkil edir.
  • Pulsuz qoşulma bütün tarif planlarında yalnız yeni qoşulanlarda təklif olunur. Təkrar qoşulma üçün qiymət 5 AZN təşkil edir.
  • ADSL texnologiyası ilə qoşulma

    ADSL (Asymmetric Digital Subscriber Line — abunəçinin asimmetrik rəqəmsal xətti) – genişzolaqlı kanalın mümkün giriş və çıxış trafik ilə asimmetrik bölünmüş modem texnologiyasıdır. ADSL texnologiyasında məlumat abunəçi qurğusu (ADSL modemi) vasitəsi ilə adi analoq telefonu xətti ilə verilir. ADSL ilk dəfə 1979-cu ildə tədqiq edilən, 1990-cı ilin ortalarından dünyada geniş tətbiq edilən və 2000-ci ilin ortalarından Azərbaycanda geniş istifadə edilən texnologiyadır.

    “Eurosel” MMC hazırda limitsiz və pulsuz qoşulma ilə ADSL xidmətləri təklif edir:

    Tarif paketi

    ADSL limitsiz - Ev

    Aylıq qiymət

    ADSL limitsiz - Biznes

    Aylıq qiymət

    2 Mb/s

    12 AZN

    48 AZN

    4 Mb/s

    16 AZN

    64 AZN

    6 Mb/s

    20 AZN

    80 AZN

    8 Mb/s

    23 AZN

    92 AZN

    10 Mb/s

    25 AZN

    100 AZN

    12 Mb/s

    27 AZN

    108 AZN

    16 Mb/s

    31 AZN

    124 AZN

    20 Mb/s

    33 AZN

    132 AZN

    İnkişaf tarixi

    ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edə biləcək texnologiyaların axtarışı aparılırdı. 1987–ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı.

    Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı.

    Təşkili

    ADSL texnologiyası üzrə məlumatın ötürülməsi adi analoq telefon xətti ilə, abunəçi qurğusu – ADSL modemi və ATS də bilavasitə abunəçinin xəttində quraşdırılmış multiplekserin (ing. DSL Access Multiplexer, DSLAM ) vasitəsi ilə həyata keçirilir. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL xəttlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirir. Qeyd etmək lazımdır ki, iki ADSL modem, VDSL, SHDSL və DialUp modemlərdən fərqli olaraq öz aralarında birləşmə yarada bilmir. Buna səbəb ADSL modemlərdə ötürmənin və qəbul etmənin müxtəlif tezliklərdə aparılmasıdır.

    Fəaliyyət prinsipi

    ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0...4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır.

    Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.

    Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter). Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığinda nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır.

    Abunəçiyə ötürmə 1.5 dən 8 Mbit/s dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15 -640 Kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən. Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir.