Eurosel MMC 2009-cu il tarixində təsis edilmişdir və hazırda sürətlə inkişaf edən rabitə şirkətlərindən biridir. Şirkətin fəaliyyət ərazisinə Bakı, Sumqayıt və Xırdalan şəhərləri daxildir.

Eurosel MMC fiziki şəxslər, özəl və dövlət qurumlarını sürətli internet (FTTp, FTTh, ADSL) və rəqəmsal televiziya (IPTV) xidmətləri ilə təmin edir, eləcə də server təminatı və xostinq xidmətlərini həyata keçirir.

Dünya rabitə sahəsində mövcud olan innovasiyaları Respublikamızda həyata keçirən Eurosel MMC, hazırda ən qabaqcıl olan fiber-optik texnologiya əsasında təqdim etdiyi yüksək keyfiyyətli rabitə xidmətlərinin əhatə dairəsini genişləndirməkdədir.

Şirkət hər zaman müştərilərinə səmərəli qiymət/keyfiyyət nisbətini təklif edir, gün ərzində 24 saat istifadəçilərinin xidmətindədir və tələb olunan texniki dəstəyi göstərməyə hazırdır.

Eurosel MMC-nin əməkdaşlıq etdiyi nüfuzlu və dünyada tanınan təşkilat və şirkətlər arasında Heydər Əliyev Mərkəzi, Ultra Technologies, Rapid Solutions LLC, BBC-nin Azərbaycan Nümayəndəliyi, Ernst & Young şirkətinin Azərbaycan filialı, PwC Azerbaijan və digərlərini qeyd etmək olar.

Şirkətin əsas missiyası bütün Respublika ərazisində geniş çeşiddə yüksək keyfiyyətli rabitə xidmətlərini təmin etməklə müştərilərin rabitə sahəsində olan hər ehtiyacını təmin etməkdir.